Fani ,mənasız, qeribə bir heyat.Sizcə bizim yaşadığımız həyatdı?Siz buna həyat deyirsiniz?Mən isə artıq bezmişəm.Ömrümün 20-ci payızını yaşasamda bu fani dünyada görüklərimdən,eşitdiklərimdən bezmişəm.Bezmişəm bu həyatdan.O həyatdan ki, sonu uçuruma gedir.Hər gün ölüm, hər gün savaşma ,her yerde müharibə.Bezmişəm tarixin qara sehifələrindən.Bezmişəm tarixin təkrar olunmasından.Axi nə vaxta qədər torpaqlar üstündə müharibələr olacaq?Hər yerdə torpaq üstündə qanlar töküləcək ,günahsız insanlar öləcək, həyatın sirinini- acısını görməyən körpələr yetim qalacaq.Ne vaxta qeder biz de sülh deyərək özümüz özümüzü aldadacağıq?Bezmişəm bu sülh sözünü eşitməkdən.Axı bu xalq niyə inanmaq istəmirki yalnız torpaqları qan bahasına ala bilərik! Amma belə getsə çətin ........ Bezmişəm bu ölkədən.Bezmişəm demokratiya adı altında ölkəni bazara çevirən demokratlardan.Pulun varsa bu ölkədə yerində var , adın da var , hörmətinə var.Pulun varsa həm təhsilli olacaqsan (hec kitabin üzünü açmasanda,universitetin yolunu tanımasanda),işində olacaq,vəzifən də olacaq.Pulun yoxdursa(istər 3 diplomun olsun ) kapitalist dövründə yaşasanda qul olacaqsan.(uşaqlar evdə acından ölməsin deyə buna mecbursan). [color=red] Bezmışəm bu xalqdan.Adımızı demokratik ölkənin vətəndaşları adlandırsaqda heç də demokratik deyilik.Dövlət istədiyini edir biz isə susuruq.Nefti ilə dünyada at oynadan ölkədə bahalıq baş alıb gedir və getdəcəkdə.Çünki biz susurq deməli bizə xoşdu.Bura axi Azərbaycandı. Bezmişəm gənclərdən.Bezmişəm avam qızlardan.Oğlanların boş yalan vədlərinə sirin dillərinə uyan qızlardan.Bir oğlana görə illərlə rəfiqəlik etdiyi qizin saçını yolan refiqələrdən.Mini yubka geyinib,rus dilində kəkələyərək özünü müasir adlandıran qızcığazlardan.Dərsə getmek bəhanəsi ilə evdən çıxan amma gününü parklarda restaranlarda keçırən qızlardan.(belələri ölüməlidirlər). Bezmişəm saç uzadıb özünü müasir oğlan adlandıran oğlanlardan.Bezmişəm maşında xarici mahnıları dinlədən(halbuki heç bilmirki mahnida nədən söhbət gedir),sürətlə maşın idarə edən ,özlərini aftoş adlandıran genclərdən.Bezmişəm sirin dilinə salıb yaxşı qızları aldadan və bu hərəkəti ilə özü kimi oğlanların yanında fəxrlə danışan bomba oğlanlardan.Bezmişəm ikiüzlülərdən,bezmişəm şerlərdən , yalanlardan,böhtanlardan. Bezmişəm müasir həyatdan.çünki,ətrafında nə varsa hamısı yalandır.insanları da ,həyatın özü də.Elə bezginliyin özündən də bezmişəm!!!
Buyurun fikrinizi bildirin menim ucun vacibdi sizin fikirleriniz!!!
beli bunlar heqiqetdi lakin insanlar ozlerini arsizliga qoyublar here oz kefindedi.qaldiki oglanlarn qizi aldatmasina duzdu bu inam qizlarn saflgndan ireli gelir lakin oglanalrda o biri dunyalarini dusunub addim atmalidirlar cunki o dunyada qarsilayacayiq bize qarsi pis olanlarla onda ne cvb verecek eleleri yaananda bilerler
salam yazdigin sozler gozeldi, menalidi ve gunumuzun , cox teessuf aci heqiqetidi. coxlarimiz belke gunun boyuk hissesinde bu sozleri isledirik . Amma cox heyif ki,bir az kecdikden sonra yeniden qayidiriq evvelki halimiza.Amma inanmiram mariflendirme komeyimize catsin. Duzdu demokratiya adi altinda bas veren hadiselere qarsi mubarize aparmaq olar, bunun ucun gerek yumruq olaq .goresen ,bu bizde varmi.Bunu teblig ede bilecek gencler niye bu mubarizenin teskilinde biresmeye hec niye sey gostermir. Ne ise qaqas seni cox yormayim.Bizde deyisen sifet yoxdu.Heqiqetende gozel heqiqetlere gore sag olunnnnnn.Qiymetlendire bilen ucun qiymetlidi.
SALAM.INANIN YAZMAGA SOZ TAPMIRAM.DUZ SOZE NE DEMEK OLAR.AMMA EN SONDA OLEN UMUD OLUR DEYIRLER.MENDE UMID EDIREMKI BUTUN BU PROBLEMLERIN SONUNUN CATDIGI GUN OLACAQ INSALLAH.