Paralimpiyaçılarımız Pekin Paralimpiya Oyunlarında medalların sayını ikiqat artıraraq Azərbaycan Paralimpiya tarixində rekorda imza atıblar.
Paralimpiya oyunlarında ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandıran cüdo komandamız Avropa ölkələri arasında ilk mövqedə qərarlaşıb
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunları başa çatdı. Pekinə 18 idmançı ilə yollanmış Azərbaycan komandası vətənə 10 medalla dönür. +100 kg çəkili cüdoçuların yarışında təmsilçimiz İlham Zəkiyev və kürəatma yarışlarında mübarizə aparan Oluxan Musayev Pekin Paralimpiya Oyunlarının qızıl medalını qazandılar. Digər cüdoçularımız Tofiq Məmmədov (90 kg), Kərim Sərdarov (100 kg) və 3 təkanla uzun məsafəyə tullanm
... Daha geniş»