"Mehmanxanalara verilən ulduzlar ciddi araşdırılacaq" Əbülfəs Qarayev: «Mədəniyyət və Turizm Nazirliyindən alınmayan ulduzlar qanunsuz sayılacaq»
Azərbaycanda lisenziyasız fəaliyyət göstərən turizm obyektləri və mehmanxanaların fəaliyyəti dayandırılacaq. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı araşdırmalara başlanılacaq. Əbülfəs Qarayev həmçinin bildirib ki, mehmanxanalarda göstərilən xidmətlərlə bağlı onlara verilən ulduzlar da ciddi araşdırılacaq: «Mədəniyyət və Turizm Nazirliyindən alınmayan ulduzlar qanunsuz sayılacaq». /ANS TV/