Bu nə cür sevgidir Bilmirəm bu nə cür sevgidir gülüm, Əllərim telinə həsrət qalıbdır. Bilmirəm bu nə cür sevgidir gülüm , Qəlbimdə alovlu məhəbbət qalıbdır. Sənə qovuşmağı gözləyirəm mən , Lallar danışmağı gözlədiyi tək . Bal dodağından öpmək istəyirəm mən , Korlar görmək istədiyi tək . Lallar danışıb ,korlar görəcək, Bizim qovuşmağımız çətindir –çətin. Ağlayanlar göz yaşını siləcək , Məni ağladacaq sənin həsrətin . Hər saat hər an düşünürəm mən , Sevgimə bir çarə tapa bilmirəm. Bəzən düz,bəzən yalan düşünürəm mən , Heç cürə sevgimə bata bilmirəm . Bir az da başımı qatsa şeriyyat, Sanki, gündüzümdə gecə olacaq. əgər belə dövr etsə kainat, Bəs mənim həyatım necə olacaq? MUELLIF MEHEBBET SHAIRI
|