Mariya Şarapova heç bir yarışda iştirak etməyəcək
Şarapova iyul ayında Roqers Kubokunda zədələnib
Oncə olimpiadadan, sonra də ABŞ açıq tennis turnirindən kənar qalan M.Şarapova, 2008-ci ildə yarışa çıxmayacağını açıqlayıb. Şəxsi vebsaytında qərarını açıqlayan M.Şarapova, 2008-ci ildə heç bir turnirdə iştirak etməyəcəyini bildirib. Rus tennisçinin, noyabr ayında Qətərdə keçiriləcək Doha çempionatında iştirak edəcəyi bildirilirdi. Qeyd edək ki, Mariya Şarapova iyul ayında Roqers Kubokunda zədələnərək kortlardan uzaq qalmışdı. Çiynindəki zədəyə görə bir çox turnirdə iştirak edə bilməyən Şarapova, Uimbldon tennis turnirində 2-ci turda məğlub olmuşdu. /ANS PRESS/
|