Bergüzar Korelin sevgilisi Tan Sağtürklə ayrılığının səbəbləri açıqlanmayıb
Min bir gecə» serialının baş qəhramanı Bergüzar Korel (Şəhrizad) sevgilisi Tan Sağtürkdən ayrılıb. Türkiyə mətbuatının məlumatına görə, 2009-cu ilə evli olaraq girməyi planlaşdıran cütlüyün ayrılığının səbəbləri açıqlanmır. Tan Sağtürk son günlər həmkarı Fatoş Kabasakalla onun barəsində yayılan məlumatlara da aydınlıq gətirərək bildirib ki, ayrılıqlarına bunlar səbəb olmayıb. İki ildir birlikdə yaşayan cütlük qarşılıqlı razılaşma əsasında ayrılıblar. Bergüzar Korel Tan Sağtürklə birlikdə yaşadığı evi də tərk edib. /ANS PRESS/