Главная » 2008 » Sentyabr » 9 » Paralimpiya Oyunlarında ikinci bürünc medalı qazandıq
Paralimpiya Oyunlarında ikinci bürünc medalı qazandıq
18:26
Paralimpiya Oyunlarında ikinci bürünc medalı qazandıq
Bu gün cüdo, güllə atıcılığı və atletika yarışlarında 4 idmaçımız mübarizəyə
XIII Pekin Yay Paralimpiya Oyunlarının ikinci yarış günündə idmançılarımız daha bir medal qazanıb. Vladimir Zayets 3 təkanla uzunluğa tullanma yarışlarında paralimpiya oyunlarının bürünc medalını qazanıb. Bu gün cüdo, güllə atıcılığı və atletika yarışlarında 4 idmaçımız mübarizəyə qoşulacaq. Cüdoçularımız Ramin Əliyev (73 kq) və Natiq Novruzzadə (81kq), güllə atıcısı Yelena Taranova, yüngül atletimiz Elçin Muradov isə 100 metr məsafəyə qaçışda yarışacaq.
Qeyd edək ki, Azərbaycan yığma komandası Pekin Paralimpiya Oyunlarında 4 idman növündə 18 idmançı ilə təmsil olunur. Ümumilikdə isə Çin paytaxtına 148 ölkədən olan 4 mindən çox idmançı təşrif buyurub. Onlar 20 idman növündə 470 medal dəsti uğrunda mübarizə aparacaq. /ANS PRESS/