Çerşenbe axşamı, 30.04.2024, 12:51
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Oktyabr » 1 » Faiq Ağayev boşandı
Faiq Ağayev boşandı
18:46

Faiq Ağayev boşandı
Xalq artisti, bunun günahkarının qaynı Rüfət İsmaylov olduğunu bəyan edib



Xalq artisti Faiq Ağayev boşanır. ANS PRESS-in məlumatına görə, o, bu gün yazılı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

"Böyük əfsusluq və kədər hissi ilə bəyan edirəm ki, ailə həyatıma son qoymağa məcburam.
Uzun zamandır ki, qaynım İsmaylov Rüfət Əli oğlunun bədxah səyləri nəticəsində həyat yoldaşım Nigarla aramızda səngiməyən mübahisələr baş verirdi.
Məhz buna görə mən 17 fevral 2006-ci il tarixində həyat yoldaşımdan rəsmən boşandım. Lakin 1 ay sonra boşanmağa razılıq verən Nigar qərarını səhv sayaraq, yenidən birgə yaşamağımızı məndən israrla rica etdi. Münasibətlərimizi davam edərək, 2 ilə yaxın yenidən sıcaq ailə həyatı yaşadıq.
Bu 4 il ərzində ailə həyatımı qorumaq üçün Rüfətin xaricdə yaşamağını qaynanam və yoldaşımın xahişi ilə maliyyə cəhətdən təmin etdim.
Bütün bu müddət ərzində Rüfət bacısını saymadı, onunla heç olmasa telefon vasitəsi ilə bir-iki kəlmə kəsməkdən belə imtina etdi. Əksinə, əlinə zərrə qədər imkan düşdükdə, onun ünvanına təhqirlər yağdırdı.
8 ilə yaxın ilk olaraq Hollandiya, sonra isə Almaniyada geyri-leqal yaşayan, hansı məzhəbə qulluq etməsi bəlli olmayan, tüfeyli-sərsəri həyat tərzı sürən Rüfət cari ilin əvvələrində Almaniyanın dövlət qurumlarının qəti təzyiqi nəticəsində məcburən Azərbaycana dönməli oldu.
Qayıtdıqdan dərhal sonra o, problemlərini (həqiqi hərbi xidmətdən yayınmaq, müstəqil həyat üçün mənzil və avtomobil ilə təmin olunmaq, işləməyərək məndən stabil ayliq məvacib almaq) həll etməkdən ötrü dəfələrlə anası Dilbər xanım və həyat yoldaşım Nigar vasitəsi ilə mənə qarşı sərt, arsız tələblər irəli sürdü.
Məsələni çözmək üçün toyumda belə iştirak etməyən, evləndikdən bəri üzünü cəmi bircə dəfə gördüyüm, qaynanam Dilbər xanımdan boşanan və hal-hazırda Rusiya Federasiyasında yeni ailə ilə yaşayan qaynatam Əli müəllimlə görüşmək istədim. Lakin bu niyyətim baş tutmadı.
Bezib, təngə gələrək Rüfətin tələb və təzyiqlərinə rədd cavabını verdim.
 əskin “QARDAŞ-ƏR” seçımı qarşısında qalan Nigar məsələni həll etmək üçün məndən müvəqqəti olaraq anası və qardaşı ilə kirayə tutulan evdə birgə yaşamaq iznini aldı.
Bu zaman ərzində Rüfət mənə təsir etməkdən ötrü hər vəchlə mətbu orqanlarına həqiqətə uyğun olmayan məlumatların, şayilərin sızıntısını bilərəkdən təşkil etdi.
Ailə həyatım intriqa, və pul, var-dövlət davasi üzərində yox, qarşılığlı məhəbbət və sayqı-hörmət üzərində qurulduğunu əsas tutaraq, 4 il valideynlərimə yaxşı gəlin, mənə sadiq dost və vəfalı ömür-gün yoldaşı olan Nigarla məsləhətləşıb, ailə münasibətlərimizə son qoymaq qərarına gəldik.
Bu addımı atmaq, doğma, əziz yuvamı - ailəmi dağıtmaq mənə çətin, iztirablı və ağır oldu...
Son olaraq baş verən bu hadisələri əsl qaynağı, real səbəbi olan iki məqama xüsusilə toxunmaq istəyirəm:
1. Bir neçə gün bundan əvvəl müğənni Kərimin ailəsində Rüfətin qəsddən etdiyi iyrənc addımları nəticəsində baş verən və böyük, səmimi qardaş təəsüfümə səbəb olan, olaylardan ictimaiyyətin fikrini daha böyük bir skandalla (Faiq - Nigar cütlüyünün ayrılması faktı ilə) yayındırmaq və Rüfət-Kərim qalmaqalını ört-basdır etmək;
2. Bu günlərdə Azərbaycanın Ali Fəxri Adı - Respublikanın Xalq Artisti adını aldığımdan dərhal sonra 20 il ərzində halalcasına qazandığım nüfuza xələl gətirmək, mənə şər və böhdan ataraq, ləkə yaxaraq Azərbaycan millətinin gözündən salmaq.
Rüfətin bu riyakar, çirkin, haram hərəkətləri nəticəsində Kərim-Təranə, Faiq Ağayev - Nigar cütlüklərinin ailə həyatına amansız, qəddarcasına son qoyuldu!
Bədxahlarım dostları Rüfətin əli ilə xoşbəxt həyatıma, ailə sadətımə qənim kəsildilər!
Allah cəzalarını versin!
Bu bəyanatım - yeganə, qəti və son mövgeyimdir. Mövzuya bir daha qayıtmaq niyyətində deyiləm". /ANS PRESS/


Категория: Şou Biznes | Просмотров: 2204 | Добавил: yeni-heyat | Рейтинг: 5.0/1 |
Всего комментариев: 1
23.10.2011
1. ROZA [Материал]
ALLAH PIS INSANLARA LENET ETSIN MEN COX PIS OLDUM MENIM HER ZAMAN XOSUMA GELEN CUTLUK NIGAR VE FAIQ CUTLUYU IDI ALLAH HER IKINIZINDE YOLUNU ACIQ ETSIN ALLAH ATDIQINIZ ADDIMA GORE SIZLERI PESHMAN ETMESIN AMIN IMZA METANET ISGENDERLININ FANATI ROZA

Форма входа
Календарь
«  Oktyabr 2008  »
BeÇaCerCaŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz