Главная » 2008 » Oktyabr » 23 » Meksikanın paytaxtında 13-cü illik təlxək qurultayına start verilib
Meksikanın paytaxtında 13-cü illik təlxək qurultayına start verilib
14:42
Meksikanın paytaxtında 13-cü illik təlxək qurultayına start verilib Dörd günlük qurultayda ABŞ və Mərkəzi Amerikadan olan təlxəklər iştirak edəcək
Meksikanın paytaxtı Mexikoda 13-cü illik təlxək qurultayına start verilib. Bu məqsədlə yüzlərlə təlxək Mexiko şəhərinə toplaşıb. Tədbirin təşkilatçısı Tomas Morales təlxəklərin cəmiyyətdəki rolundan danışaraq bu peşə sahiblərinin uşaqlar mövcud olduğu qədər öz aktuallığını itirməyəcəyini qeyd edib. Qurultayın ilk günü münasibətilə isə bütün təlxəklər xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, qurultay 4 gün davam edəcək və tədbirdə Amerika Birləşmiş Ştatları və Mərkəzi Amerikadan olan təlxəklər iştirak edəcək. /Assiciated Press