Главная » 2008»Oktyabr»15 » Raymond Domenek 2010-cu ilə qədər vəzifəsində qalacaq
Raymond Domenek 2010-cu ilə qədər vəzifəsində qalacaq
18:11
Raymond Domenek 2010-cu ilə qədər vəzifəsində qalacaq Fransız mütəxəssisin 2010-cu ilədək komanda başında olacağını bildirən Fransa Futbol Federasiyasının prezidenti, bütün şayiələrə son qoyub
Fransa A milli futbol komandasının baş məşqçisi Raymond Domenek 2010-cu ilə qədər öz vəzifəsində qalacaq. Fransa Futbol Federasiyasının (FFF) prezidenti Jan –Pyer Eskalettes son günlərdə Domenekin komandadan göndəriləcəyi barədə Fransa mətbuatında yayılmış xəbərlərlə bağlı mətbuat kofransı keçirib. Fransız mütəxəssisin, 2010-cu ilə qədər komandanın başında olduğunu bildirən Eskalettes, bu barədə gəzən söz-söhbətlərə son nöqtəni qoyub. EURO-2008 Avropa Futbol Çempionatındakı uğursuzluqdan sonra komandadan göndəriləcəyi gözlənilən 56 yaşlı mütəxəssisin, vəzifəsində qalacağına qərar verilmişdi. Son günlərdə, komandadakı bəzi oyunçularla problem yaşayan R.Domenekin komandadan qovulacağı barədə xəbərlər, Fransa mətbuatında müzakirə olunurdu. Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində 7-ci qrupda mübarizə aparan Fransa millisi, Serbiyanı 2-1 hesabı ilə məğlub edib, Rumıniya millisi ilə 2-2 hesabı ilə oynayıb. Fransa milli komandası qrupda 4 xalla 4-cü pillədə qərarlaşıb./ANS PRESS/