Load.az'ın CNN'nə istinadən aldığı məlumata əsasən dünyanın ilk sıfır ulduzlu oteli azgəlirli müştərilərini qibul etmək üçün hazırlaşır. İsveçrədə turistlər tezliklə dünyanın ilk sıfır ulduzlu otelində qalabiləcəklər. Sevelen şəhəri səlahiyyətlilərinin yerin altında istifadə edilməyən nüvə sığınacağını qiymətləndirmək məqsədi ilə hazırladıqları layihə çərçivəsində tikdirdiyi otel azgəlirli insanların qalması üçün nəzərdə tutulub. Sığınacağı otelə çevirməklə pul qazanmaq fikrinə düşən Frank və Patrick Riklin adlı əkiz qardaşlar oteldəki otaq qiymətlərinin 9-13 dollar arasında olacağını bildiriblər. Bu, həm də dünyanın ilk pəncərəsiz otelidir. Bələdiyyə başçısı Roman Zogg da nüvə sığınacağının demək olar ki, istifadəsiz qaldığını və qarşılığında saxlama xərclərinin böyük olduğunu bildirib və sığınacağın otelə çevrilməsi fikrinə münasibətinin müsbət olduğunu deyib. Fövqəladə vəziyyətlərdə otel 24 saat ərzində yenidən bir sığınacağa çevrilə biləcək.
|