Çerşenbe, 01.05.2024, 20:19
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Oktyabr » 9 » "Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
"Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
21:36

 Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
Bu sözləri “Qarabağ” klubunun makedoniyalı futbolçusu Artim Şakiri klubun rəsmi saytına müsahibəsində bildirib


 Azərbaycan çempionatı çox gərgin keçir. Gözləmirdim. Futbolunuz inkişafdadır, bütün klublar bir-birindən xal ala bilər. Çoxlu legionerlər var, bu da futbola olan marağı göstərir". Bu sözləri “Qarabağ” klubunun makedoniyalı futbolçusu Artim Şakiri klubun rəsmi saytına müsahibəsində bildirib. Azərbaycan çempionatında hakimlikdən narazı olduğunu bildirən A.Şakiri, onların tempi aşağı salmasından şikayətlənib: “Futbol sürətli oynanılmalıdır. Amma ən xırda hərəkətdə belə oyunu dayandırırlar. Bir şeyi başa düşə bilmirəm, azarkeşlər niyə stadiona gəlmir? Azarkeş olmadan futbol mümkün deyil. Əgər stadionlara azarkeş gəlməsə, bura lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq” deyə makedoniyalı futbolçu bildirib.

Komanda yoldaşı Aslan Kərimovun çox peşəkar futbolçu olduğunu bildirən A.Şakiri, onun indiyə kimi Avropada oynamadığına təəccübləndiyini bildirib. Zənnimcə, futbolunuz göründüyü kimi zəif deyil. Amma futbolçularınız mütləq xaricdə təcrübə keçməlidir. Deyəsən burdakı maddi vəziyyət onları qane etdiyindən xaricə getmək istəmirlər. Çempionluq yolunda əsas rəqiblərinin “Bakı” və “İnter” olduğunu bilidirən Şakiri, “Qarabağ” azarkeşlərinə mesaj da göndərib: “İstəyirəm ki, onlar stadionu doldursunlar. O zaman bizim gücümüz daha da artar. Axı, onlarsız futbolun mənası yoxdur. Heç də narahat olmasınlar. Artıq “Qarabağ”ın qarşısını kəsmək heç də asan olmayacaq”. /ANS PRESS/


Категория: Idman | Просмотров: 1435 | Добавил: yeni-heyat | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Oktyabr 2008  »
BeÇaCerCaŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz