Beynəlxalq Taekvondo Federasiyası isə kubalı Anhel Matosu yarışlardan ömürlük məhrum edib
Pekin olimpiadasında kubalı taekvandoçunun beynəlxalq yarışlarda iştirakdan ömürlük məhrum edilməsi ilə nəticələnən insident baş verib. 2000-ci ilin olimpiya çempionu Anhel Matos, bürünc medal uğrunda qarşılaşmanı idarə edən hakimi ayağı ilə vurub.
Qazaxıstanlı Arman Çilmanovla qarşılaşmada 3:2 hesabı ilə irəlidə olan kubalı taekvandoçu tibbi yardım istəyib. Lakin hakim Şakir Şelbat hesab edib ki, Anhel Matostatamidə müəyyən edilmiş vaxtdan artıq oturub və qarşılaşma dayandırılıb. Hakimin bu qərarı kubalının ciddi narazılığına səbəb olub. O, ayağa qalxaraq, hakimin başına zərbə endirib. Bununla kifayətlənməyən Anhel Matos, tatamiyə tüpürüb.
əkimlər müəyyənləşdirib ki, hakimin dodaqları partlayıb və onun dodağına bir neçə tikiş qoyulub. Qeyd edək ki, Kuba taekvando yığmasının məşqçisi baş verənlərə görə üzr istəməkdən imtina edib və hakimi günahlandırıb.
Beynəlxalq Taekvodndo Federasiyası (WFT) hadisəyə kəskin reaksiya verib və kubalı idmançı WFT tərəfindən təşkil olunmuş bütün tədbirlərdə iştirak hüququndan məhrum edilib. Onun Pekin olimpiadasındakı qələbələri də ləğv olunub. /ANS PRESS/