Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova gecə konsertlərindən 50 min avrodan 100 min avroyadək pul qazana bilir
Rusiyanın tanınmış müğənniləri yay mövsümü ilə əlaqədar qızğın iş rejiminə keçiblər. Daha çox istirahət mərkəzlərində, bağlı yerlərdə varlı insanların sifarişilə konsertlər verən müğənnilər əvəzində çox yaxşı qonorar alırlar. Belə müğənnilər arasında Alla Puqaçova və Maksim Qalkin cütlüyü ön sırada durur. Daima cavan görünmək istəyən Alla səxsi sifarişlərlə təşkil olunmuş gecə konsertlərindən 50 mindən 100 min avroyadək qonorar götürə bilir. Bu yaxınlarda Moskvada bir biznesmen ata 8 yaşlı uşağına ad günü hədiyyəsi olaraq, primadonnaya 100 min avro verərək onun iştirakı ilə restoranda şənlik gecəsi keçirib. Rusiyada tanınmış şou ulduzlar öz aralarında tez-tez zarafat edərək deyirlər ki, Alla xanım çoxlu pul qazanaraq Maksimlə toyuna hazırlaşır. Gəliri milyon avronu keçmiş Maksim Qalkin hazırda Rusiyanın ən bahalı artistidir./ANS PRESS/