1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanan Azərbaycan olimpiadanı 205 ölkə arasında 39-cu yerdə başa vurdu
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən 29-cu yay Olimpiya Oyunları başa çatdı. 1 qızıl, 2 gümüş, 4 bürünc (cəmi 7 medal) medal qazanan Azərbaycan olimpiadanı 205 ölkə arasında 39-cu yerdə başa vurdu. Olimpiadada 51 qızıl, 21 gümüş, 28 bürünc medal qazanan ev sahibi Çin ilk pillədə, 36 qızıl, 38 gümüş, 38 bürünc medal qazanmış ABŞ ikinci, 23 qızıl, 21 gümüş, 28 bürünc medal qazanan Rusiya isə üçüncü pillədə qərarlaşıb. Qardaş Türkiyə 1 qızıl, 4 gümüş, 3 bürünc medalla 37-ci, bədnam qonşularımız Ermənistan isə 6 bürünc medalla olimpiadanı 79-cu sırada tamalayıb.