Çerşenbe axşamı, 30.04.2024, 23:56
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Sentyabr » 30 » Fatih Terim "Milan" və "Fiorentina"nın baş məşqçisi olacaq?
Fatih Terim "Milan" və "Fiorentina"nın baş məşqçisi olacaq?
15:26

Fatih Terim "Milan" və "Fiorentina"nın baş məşqçisi olacaq?
 Stefano Borqonoya yardım üçün matç keçirəcək “Fiorentina” və “Milan” klubları, bu matçda Fatih Terimi komandaların baş məşqçisi kimi görmək istədiklərini bildiriblər


İtaliyanın “Fiorentina” və “Milan” klubları Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimə böyük jest ediblər. Xəstəliyə tutulmuş futbolçuları Stefano Borqonoya yardım üçün matç keçirəcək “Fiorentina” və “Milan” klubları, bu matçda Fatih Terimi komandaların baş məşqçisi kimi görmək istədiklərini bildiriblər və onu İtaliyaya dəvət ediblər. Oktyabrın 8-də Bakı vaxtı ilə 23:30-da Florensiyanın “Artemio Françi” stadionunda keçiriləcək və bütün gəliri xəstələrinə dəstək üçün S.Borqonovoya veriləcək yardım matçının birinci hissəsində “Milan” və “Fiorentina”nın heyətində bu mövsüm çıxış edən futbolçular oynayacaq. İkinci hissədə isə klub tarixində iz qoymuş məşhur ulduzlar çıxış edəcək. Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Bosniya Hersoqovina ilə keçirəcəkləri matç öncəsində aldığı bu dəvətin mənalı olduğunu bilidirən Fatih Terim, "Ölkəm və mənim üçün böyük qürurdur. Baş məşqçisi olduğum hər iki klubun 1 hissə məşqçisi olacam. Belə xeyirli işlərdə iştirak etmək insanlıq vəzifəmizdir. Qarşıda Bosniya millisi ilə vacib matçımız var amma bu dəvəti qəbul etmişəm, orda olacağıma söz vermişəm " deyə bildirib

Qeyd edək ki, 1981-ci ildə İtaliyanın “Komo” klubunda futbola başlayan Stefano Borqonovo 1988/89, 1990/91 və 1991/92 mövsümlərində “Fiorentina”nın 1989/90 mövsümündə isə “Milan”ın heyətində çıxış edib. 12 il öncə futbola vida edən 44 yaşlı S.Burqunovo, sentyabrın əvvələrində italyan mətbuatına SLA xəstəliyinə tutulduğunu açıqlamışdı. Xəstəliərə yardım üçün yaradılmış Borqonovo dərnəyinə “Milan” və “Fiorentina” klubları dəstək vermişdilər. S.Borgonovoya yardım üçün keçirələcək matçda “Milan”ın heyətində Kostakurta, Albertini, Baresi, Quillit, Raykard, Donadoni, Evani, Fuser, Sacci, Simone və Massaro, kimi məşhur futbolçular da iştirak edəcək. “Fiorentina”nın heyətində isə Baccio, Antonioni, Branka, Nappi, Salvatori, Lakatus, Maziniyo, Orlando, Pioli, Pelleqreni, Lazaroni və Toldo kimi ulduzlar iştirak edəcək.
/ANS PRESS/



Категория: Idman | Просмотров: 1035 | Добавил: yeni-heyat | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Sentyabr 2008  »
BeÇaCerCaŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz