Yaponiyada milyon dollarlıq gəlincik düzəldilib Oyuncaq 51 min 433 karatlıq almazla bəzədilib
Gözəgəlimli, gözəl, bər-bəzəkli… Yaponiyada hazırlanan bu oyuncaq gəlinciyin dəyəri bir milyon dollara yaxındır. Gəlincik diqqətlə bəzədilib. 22 santimetrlik kukla 51 min 433 karatlıq almazla bəzədilib. Qiyməti 935 min dollardır. Onun başındakı taci, sırğaları, boyunbağısı, hətta paltarının düymələri də almazdandır. Gəlincik reklam məqsədilə yaradılıb.
Yapon oyuncaq istehsalçısı Lica-chan yaradılmasının 35-ci ilində ad gününü bütün dünyaya bildirmək üçün «milyon dollarlıq oyuncağı»nı hazırlayıb. Və bu, işə yarayıb. Hamı bu gəlincikdən danışır. Sentyabrın 23-dən 29-dək Tokioda sərgilənəcək olan körpənin satılıq olmadığı açıqlanıb. /ANS PRESS/