Cüme, 24.11.2017, 14:18
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Sentyabr » 11 » suya dusmus mobil telefonu nece qurtarmali?
suya dusmus mobil telefonu nece qurtarmali?
13:54

SUYA DUSMUS MOBIL TELEFONU NECE QURTARMALI?

 Verilən məlumatlara görə, islanan telefonların içindəki su, havayla çox təmas etmədən sürətli bir şəkildə təmizlənə bilsə, cihazın yenidən çalışması mümkün ola bilir.
 Istehsalçı firmaların, zəmanət əhatəsinə götürmədiyi islanma vəziyyətlərində istifadəçinin ilk olaraq cihaz işlək vəziyyətdədirsə dərhal söndürülməli, eyni riskdən ötəri cihazla batareyanın bir-birindən ayırılmasının ardından da SIM kartı çıxartması lazımdır. Bir çox vəziyyətdə cihaz islansa belə SIM kartlar işə davam edir.
 Cihazın batareyası və SIM kartı çıxarıldıqdan sonra quru bir bezlə sürətli şəkildə qurulanması lazımdır. Cihaz içərisindəki nəmin təbii bir şəkildə buxarlaşması vəziyyətində telefonun ''xilas olma'' ehtimalı daha çox var.
 Ancaq saç fenindən istifadə edilməməsi lazımdır. Çoxu fenlə "soyuq üfləmə" rejimində mühitdəki havadan daha isti bir havanı maşının içərisinə üflədiyi üçün plataya və lehimlərə zərər verə bilir. Bunun nəticəsində cihaza batareya ilişdiyi an telefon həmin an xarab olar.
 Qurulandığı halda içində hələ nəm olan cib telefonlarını tamamilə qurutmanın ən yaxşı yolu isə, düyü dənələri ilə dolu bir qabın ortasına qoyub ağızını bağlamaq və ən az bir gün gözləmək lazımdır. Düyü dənələri mühitdəki nəmi sürətlə özünə çəkə bilir.
 Istifadəçilərin saç fenləri, mikrodalğalı sobalar və birbaşa günəş işığından qaçmalıdırlar. Kənar yandan cihazların ''tualetə salınmadığı müddətcə'' də spirtlə təmizlənməməsi lazımdır. Solvent tərkibli spirt, cihaz içindəki plastik əlaqələri əridə bilir. Bunun əvəzinə xırdavatçılardan alınan ''Denature'' spirt istifadə edilə bilər.
 elefonunu dənizə salanların, cihazı sudan çıxarıb bu səfər şirin suya (içməli suya) salmaları, daha sonra oradan da çıxarıb qurulamaları lazımdır. Çünki duzlu suyun tərkibindəki kristallar cihazın bəzi parçalarına zərər verə bilir.
Bir çox istifadəçinin suya düşdüyü üçün işləməyən telefonlarını dəyişdirmək istəklərindən sonra istehsalçı firmalar, uzun bir müddətdir cihazın həm xaricinə həm də içinə zəmanət etiketləri yerləşdirməyə başladı.
 Su ilə təmas etdikləri zaman rəng dəyişdirən bu etiketlər sayəsində telefonun içini açmadan da suya düşdüyünü başa düşmək olar. Bir çox telefonun içində də gizli işarələr var. Bu işarələr telefon islandıqdan sonra xaricindəki etiket dəyişdirilsə belə cihazın islandığını müəyyən edə bilir.

Категория: Maraqlı | Просмотров: 1059 | Добавил: yeni-heyat | Рейтинг: 4.0/1 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Sentyabr 2008  »
BeÇaCerCaŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2017

Сделать бесплатный сайт с uCoz