Bazar, 28.04.2024, 01:50
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Sentyabr » 8 » YAPONLARIN UZUNOMURLULUK SIRLERI
YAPONLARIN UZUNOMURLULUK SIRLERI
21:50

DUNYA STATISTIKASINA GORE EN COX YASAYAN XALQ YAPONLARDI.ONLARIN UZUNOMURLULUK SIRLERINI BILMEK ISTEYIRSINIZ ONDA XEBERIN ARDINI OXUYUN

 Yaponiyada sağlam və uzun ömür yaşamağın üç sirri

 Bu gün heç kimə sirr deyil ki, dünyada ən uzunömürlü millət yaponlardır. Həmin o yaponlar ki, uzun əsrlər siyasi təcriddə yaşayıb, iki atom bombardmanı keçirib, həmişə zəlzələlərdən, sunamilərdən əziyyət çəkirlər. Şəhərlərin tüstüsü və əhalinin darıxdırıcılığına baxmayaraq kişilərin ömür həddi 79, qadınlarda isə 86 yaşdır. Yalnız təəccüblənmək, həsəd aparmaq və fikirləşmək qalır: görəsən, onlar buna necə nail olurlar?

 Ilk növbədə doğan günəş ölkəsində əhalinin böyük əksəriyyəti, yəni üçdə ikisi özlərini xoşbəxt sayırlar. Xoşbəxtlik isə çox vaxt sağlamlıq ilə müttəfiq olur. İkincisi, yaponiyalılar üçün xarakterik olan dünya gözəllikləri və metamorfozalara heyranlıq (dzen-buddizm) az rol oynamır. Sakuranın çiçəklənməsi, payızın qızılı yarpaqları, ilk qar, bədirlənmiş ay... Düşüncənin emosional qidası "daş cəngəllikləri" əhalisinin ruhi sağlamlığını qoruyur, stresləri yox edir və immuniteti qaldırır. Yapon uzunömürlüyünün üçüncü tərəfi - çay mərasimidir. Bu həm ruhi rahatlıq, həm ətirli yaşıl çay bolluğundadır. Uzunömürlüyün digər məşhur metodlarını, üsullarını da nəzərdən qaçırmayaq - düzgün qidalanma, hamamı xoşlamaq və digər az məlum səbəblər də var.

 KAĞIZ EVLƏRİN XEYRİ

 Indiyə qədər Yaponiyanın ən böyük şəhərlərində əhalinin böyük əksəriyyəti kağız divarlı evlərdə yaşayır: içəridə hərarət küçədə olduğu kimidir (qış xüsusilə şimal ərazidə daha sərtdir). Belə evlərdə yeganə isitmə sistemi ayaq altına qoyulan dəmir közərmə qurğusudur. Belə çıxır ki, yaponlar bütün qışı xəstə olmalıdır. Lakin yox - bu ölkədə soyuqdəymə nadir hallarda baş verir. Bir yapon həkimi qeyd edir ki, xəstəxanalarda revmatizmdən müalicə olunan xəstələr yeni il qabağı öz buz evlərinə gedib geri qayıdandan sonra vəziyyətləri daha da yaxşılaşır. Və o zaman həkim xəstələri bu üsulla - qışda soyuq suda çimmək, uzun müddət açıq havada hərəkətlər və sair ilə müalicə etməyə başlayır.

 ACLIQ

 əstəlik və qocalığa qalib gəlmək üçün orqanizmi öz ehtiyatlarını istifadə etməyə öyrətmək lazımdır. Qida qəbulunu azaltmaqla qədimdən məlum olan sağalma üsulunu - aclıqla alırıq. Məqsəd daxili ehtiyatlar hesabına ehtiyacın ödənilməsidir. Əgər əlavə olaraq su qəbulu da kəsilsə, onda "quru aclıq" yaranır və bu daha effektli olur. Kislorod çatışmazlığı nəticəsində isə gipoksiya - hava aclığı yaranır. Bu, nəfəs sistemini mobilizə edir və orqanizmə yaxşı təsir edir. Əgər özünütəcrid metodlarına informasiya - səs-küydən azad olmağı da əlavə etsək, onda orqanizmin bərpası üçün ideal üsul əldə edilər. Bu, tam aclıq şəraitində gipoksiya vəziyyətli, yəni hündür dağlarda uzun müddətli yuxudur. Məhz bu üsul qədim zamanlarda sirli yamabusi yapon sektası tərəfindən həyata keçirilirdi. Onlar uzun müddət qida və susuz necə keçinməyi, sağlamlıq və gücü qorumağı, iynə batırmağı, hipnozu, ekstrasens bacarıqlarını, həmçinin zəhər və balzamlarla müalicəni öyrənirdilər. Üç həftəyə qədər dağlarda həyat keçirən insanın orqanizmi nəinki xəstəliklərdən azad olur, həmçinin ikinci nəfəs açılır. Həyati vacib orqanlarda yeni kapilyarlar yaranır və bədənin hüceyrələri, tənəffüsü, qidası yaxşılaşır, ağ ciyərlər güclənir, qanda eritrosidlər, hemoqlobin artır, insanın qüvvəsi, gəncliyi, xoşbəxtliyi geri qayıdır.

Amma-massaj

 Yapon akupunkt massajı sağlamlığın tam fəlsəfəsidir. Bu, insan bədənində axan enerjinin öyrənilməsinə əsaslanır. Təsir - tumar, döyəcləmə, dartma vasitəsi ilə bədənin lazımi nöqtələr yerləşən hissələrində keçirilir. Massaj müddəti 15-20 dəqiqədir. Amma-massajı zamanı insan oturaq vəziyyətdə və paltarda olur.

Sonda

  Sevməkdən yorulmayın.

  Qidanı yaxşı çeynəyin və bir az doymamış qalxın.

  Pilləkənlə düşüb çıxın və yükünüzü özünüz daşıyın.

  Dərini təmizləmək üçün tərləyənə qədər hərəkət edib, sonra yuyunun. Bədəni təmizləmək üçün təbii qida yeyin. Beyini təmizləmək üçün bütün stres və gərginliyi atın.

  Uzunömürlülüyün əsas sirri - həyata fəlsəfi yanaşmadır.

 Yaponların uzun ömürlülüyünün bir sirri də düyü ilə bağlıdır. Təmizlənmiş qəhvəyi düyü - tərəvəz, balıq, dəniz onurğasızları, yosunlar ilə birlikdə əsas qida rasionudur. Əsas qidanı dənli bitkilər, soya və sair təşkil edir.

SIZ DE BU QAYDALARA RIAYET EDIN COX YASAYIN!

Категория: Maraqlı | Просмотров: 2199 | Добавил: yeni-heyat | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Sentyabr 2008  »
BeÇaCerCaŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz