QEYRI ADI NIGAH MERASIMI.- Ekstremalçılar təyyarənin qanadlarında nigah bağladılar
Britaniyalı ekstremalçılar təxminən 300 metr hündürlükdə təyyarənin qanadlarında nigah bağladılar.
Mərasimdə üç təyyarə iştirak edirdi.Onlardan birində 24 yaşlı bəy Darren MakUoltres, ikincidə isə 23 yaşlı gəlin Keti Xoqson, üçüncüdə isə keşiş Corc Briqxem bərkidilmişdi. Adi həyatda MakUoltres fitnes-təlimatçı, həyat yoldaşı isə paçtalyon işləyir. 67 yaşlı Corc Brinqxem bildirdi ki, mərasim zamanı o qorxmurdu. Onun sözlərinə görə, 8 il bundan qabaq o buna oxşar bir mərasimdə iştirak edib. Keti Xodqsen mərasim zamanı ənənəvi ağ gəlinlik geyinmişdi. Cütlük üzükləri isə axşam şənliyinə getməmişdən əvvəl yerdə taxdı. MakUolttersin və Xoqsonun nişanı isə Braziliya cəngəlliklərində keçdi.
|