FORUM YENI-HEYAT
Cüme, 29.03.2024, 17:32
[Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İctimai » Din ve Etiqat » QIYAMET NEDIR?
QIYAMET NEDIR?
yeni-heyatДата: Çerşenbe axşamı, 16.09.2008, 21:24 | Сообщение # 1
Admin
QRUP: Administrator
Ismariclar: 156
Qeydiyyat: 4
Статус: Xətdən kənarda
QIYAMET NEDIR?

QARGA KIMI 300 IL YASAMAQDANSA SAHIN KIMI 10 IL YASAMAQ YAXSIDI
 
muselmankaДата: Çerşenbe axşamı, 11.11.2008, 08:04 | Сообщение # 2
İstifadeçi
QRUP: Пользователи
Ismariclar: 3
Qeydiyyat: 0
Статус: Xətdən kənarda
"Allahın peyğəmbərləri toplayıb:"Sizə nə cavab verildi?" dediyi gün..." [Maidə:109] ayəsi haqqında Mücahidin belə dediyi nəql edildi: "Onlar qorxarlar və "Bizim heç bir bilgimiz yoxdur!" deyərlər". Yenə "O gün hər ümməti diz çökmüş görərsən" [Casiyə, 28] ayəsi haqqında belə dediyi bildirildi:"Yəni diz üstə sürünərək..." Mücahid davam etdi:"Abdullahın belə dediyini eşitdim:"Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) buyurdu ki, "Sizi məhşərdə Cəhənnəmin qorxusundan diz çökmüş olaraq görür kimiyəm."

"Allahın peyğəmbərləri toplayıb:"Sizə nə cavab verildi?" dediyi gün..." [Maidə:109] ayəsi haqqında Mücahidin belə dediyi nəql edildi:
"Onlar qorxarlar və "Bizim heç bir bilgimiz yoxdur!" deyərlər". Yenə "O gün hər ümməti diz çökmüş görərsən" [Casiyə, 28] ayəsi haqqında belə dediyi bildirildi:"Yəni diz üstə sürünərək..." Mücahid davam etdi:"Abdullahın belə dediyini eşitdim:"Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) buyurdu ki, "Sizi məhşərdə Cəhənnəmin qorxusundan diz çökmüş olaraq görür kimiyəm." Yenə Mücahid dedi ki: "Abdullah bin Ömərin (r.a.) belə dediyini eşitdim:"Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) belə buyurdu:"Qiyamət gününün mənzərəsinə baxmaq istəyən "Günəş (əmmamə kimi) sarınıb büküləcəyi..." [Təkvir surəsi, 1] surəsini oxusun". Əmr bin Zərrin belə dediyi bildirildi: "Səhər xeyir axtarmaq üçün çıxan insan, xeyir tapar. Gözlərinizin yaşarmaması və qəlblərinizin qatılaşmasını mənə mi yükləyirsiniz? Əgər bu gün sizə Allahın kitabından bir öyüd dinlətməsəm, o zaman qəbahəti mənə yükləyin." Sonra bu ayələri oxudu: "Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman..."[Təkvir surəsi, 1-3] ta ki, "...İnsan nələr gətirdiyini anlamış olacaqdır" [Təkvir surəsi:14] ayəsinə və ya surənin sonuna çatına qədər... Sonra belə davam etdi: Məni dinləyin! O gözləmədə sənin halın nə olacaq? Onların məruz qaldığı qorxu və dəhşətə hətta qəlbin gücü çatmayacaq, vücudun tab gətirə bilməyəcəyi qədər böyüyüyünə sənin də məruz qalacağını bilirsən mi? Deməli görürsən ki, o məqamda peyğəmbərlər belə ağıllarını itirişdir. Sən isə asi, günahkar və Rəbbinin razı qalmadığı əməllərinə davam edərkən orada sənin ağlın nə vəziyyətdə olar?

Добавлено (11.11.2008, 08:04)
---------------------------------------------
QİYAMƏT GÜNÜNƏ İNAM
Axirət gününə inam imanın altı sütunundan biridir. Uca Allah deyib:
«Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanandır» (əl-Bəqərə, 177).
Bu Günün gələcəyi barədə Allahın bütün peyğəmbərləri xəbər vermişlər. Nuh peyğəmbər deyirdi:

«Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır» (Nuh, 17-18).
İbrahim peyğəmbər deyib
«Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur! Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!» (əş-Şuəra, 77-82).
Məhəmməd Peyğəmbərə gəldikdə isə, Uca Allah ona Axirət gününün heç vaxt gəlməyəcəyini israr edən kafirlərə belə deməyi buyurmuşdur:

«Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır» (ət-Təğabun, 7).
Axirət gününə inam, müsəlmana elə bir həqiqəti başa düşməyə imkan verir ki, insanın həyatı fani dünya ilə vidalaşmaqla bitməyib əbədi davam edir. Axirət gününə qəti əmin olmaq sayəsində müsəlman öz əməllərinə fani dünya baxımından qiymət verməyib onları gələcək həyatın tərəzisində ölçməyə çalışır. Onun dünyagörüşü dünya problemlərinə məhdud təsəvvürlərdən daha geniş olur. O, çətinliklərə və məhrumiyyətlərə mətinliklə sinə gələrək, aza qane olub Allahın səxavətini və mərhəmətini qiymətləndirə bilir və ölümündən sonra böyük mükafat qazanacağına ümid bəsləyir. Süheyb ər-Rumi rəvayət edir ki, Allahın Peyğəmbəri  belə deyib: «Möminin vəziyyəti təəccüblüdür! O, başına gələnlərdən xeyir götürür və bu, mömindən başqa heç kəsə nəsib olmur. Əgər o, nə isə xeyirli bir şey əldə edirsə, şükür edir və bundan xeyir götürür. Hər hansı bir bədbəxtçilik üz verəndə isə, o, səbr edir və bundan da xeyir götürür». (Hədisi Müslüm rəvayət edib)
Gələcək həyata inam sayəsində müsəlman yaxşı əməllər görəndə xəsislik etmir və səmimi qəlblə öz Tanrısına ibadət edib ətrafındakılarına xeyirxahlıq göstərir və günahlardan uzaqlaşmağa başlayır. O hər zaman Allahın:
«Rəbbiniz tərəfindən bağışlanmağa və kenişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür. Allah çox böyük lütf (mərhəmət) sahibidir!» (əl-Hədid, 21) çağırışına hazırdır. Eyni zamanda mömin şəxs başqalarına yardım etməklə kifayətlənməyib heyvanlara və başqa məxluqlara da qayğı göstərir. Buna parlaq misal olaraq xəlifə Ömər ibn əl-Xəttabın sözlərini göstərmək olar: «Mən qorxuram ki, Fəratın kimsəsiz sahillərində ölən bir qoyuna görə də Allah məni sorğu-suala çəksin»(Hədisi Əbu Nueym rəvayət edib)

O ki, qaldı gələcək həyata inanmayan insanlara, onlar öz həyatlarını var-dövlət yığmağa sərf edir, bütün ümidlərini bu həyata bağlayıb dünyada nə üçün gəldikləri barədə düşünmürlər və nəticədə xeyirxah işlərdən də uzaq olurlar. Uca Allah deyib:
«Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır» (ən-Nisa, 136).
Belə insanlar üçün fani dünyanı tərk etmək çətindir. Bilərəkdən Allaha təbe olmayan günahkarlara isə dünya ilə vidalaşmaq lap çətin olur və buna görə də Uca Allah deyib :
«Sən onların bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa hə¬ris görərsən. Onlardan hər biri istəyir ki, min il yaşasın, halbuki, (bu) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların etdiklərini görəndir» (əl-Bəqərə, 96).
Allahın kitablarına inanmayan çoxallahlılar özlərinin dirildiləcəklərini bilmirlər və ona görə də özlərinə ayrılan vaxtlarından kef çəkmək üçün istifadə etmək istəyirlər. Yəhudilir isə onları gözləyən əzabdan xəbərdardırlar və buna görə onlar, çoxallahlılara nisbətən daha qatı günahkarlardır. Amma onların hamısını əxlaqsız mənəviyyat və heyvani hissləri doyurmaq istəyi birləşdirir.


Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq odur!
 
Forum » İctimai » Din ve Etiqat » QIYAMET NEDIR?
  • Страница 1 из 1
  • 1
Поиск:

YENI-HEYAT © 2024  

Сделать бесплатный сайт с uCoz