Devid Bekhem "Milan"a gəlir İtaliyanın “Milan” klubunun vitse-prezidenti Qalliyani, SKY-a verdiyi açıqlamada Devid Bekhemin yanvarda “Milan”da olacağını rəsmi şəkildə bəyan edib
İtaliyanın “Milan” klubunun vitse-prezidenti Qalliyani, SKY-a verdiyi açıqlamada Devid Bekhemin yanvarda “Milan”da olacağını rəsmi şəkildə bəyan edib: "Bekhem yanvarda “Milan”da məşqə çıxıb, bizimlə oynamaq istəyir. Biz də onu istəyirik. Yanvarda bura gələndə mövsümün sonuna kimi müqavilə imzalatmaq istəyirik. Bu reklam xatirinə edilmiş razılıq deyil, möhtəşəm bir transfer olacaq. Ançelotti ondan həm A seriyasında həm də UEFA Kubokunda faydalana biləcək. Hazırda futbol yalnız texnika və taktikadan ibarət deyil. Muasir futbol yalnız texnika və taktikadan ibarət deyil. Dolu stadionlar və yaxşı sponsorlar lazımdır. Bazar günü oyunumza gələn 65 min adamı heç kim məğlub edə bilməz. Stadionları doldurmaq üçün Bekhem kimi ulduzlar lazımdır. Ronaldinyo və Kakanı da nəzərə alsaq, röya kimi bir komanda olacağıq." Qeyd edək ki, ulduz futbolçu hazırda ABŞ-ın “LA Qalaksi” komandasında çıxış edir./ANS-PRESS/