Cüme axşamı, 28.03.2024, 23:41
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Oktyabr » 9 » Dahi və sadə azərbaycanlı - Lütfi Zadə 2 ci hisse
Dahi və sadə azərbaycanlı - Lütfi Zadə 2 ci hisse
22:53

 Dahi və sadə azərbaycanlı - Lütfi Zadə (2)

Yeni iqtisadi nəzəriyyə dahi L. Zadənin qeyri-səlis məntiqi əsasında qurulacaq, bunun ancaq zamana ehtiyacı var.

 Iqtisadiyyat sahəsində Nobel mükafatçıları D.Kahneman, G.Akerlof və başqaları bu gün dünyada klassik və neoklassik iqtisadi nəzəriyyələrin özünü doğrultmadığını qeyd edərək, yeni, daha adekvat iqtisadi nəzəriyyənin yaranmasına böyük ehtiyac olduğunu irəli sürmüşlər. Davranış iqtisadiyyatında iqtisadi proseslərdə iştirak edən bütün insanların, bütün qərar qəbul edənlərin sosial normaları, daxili motivasiyaları, məsələn, onların dürüstlüyü, tək özünü yox, həm də başqalarının faydasının güdülməsi, altruizmi və s. nəzərə alınmalıdır. Bəs necə? Məlumdur ki, istənilən nəzəriyyə real həyatın deyil, onun modelinin üstündə qurulur. Bəs yeni iqtisadiyyatın əsası olacaq belə modeldə yuxarıda sadaladığımız insanın davranış xüsusiyyətlərini necə nəzərə almaq olar? Axı onlar pulla ölçülə bilmir (klassik və neoklassik iqtisadiyyatda maksimallaşdırılan gəlir və faydalılıq pulla ölçülür).
Bax, bu “necə”yə cavabı qeyri-səlis məntiqin tətbiqində axtarmaq lazımdır. İndi elmi və kütləvi ədəbiyyatda, KİV-də, internet saytlarında “Qeyri-səlis iqtisadiyyat” barədə yüzlərlə yazıya rast gəlmək olar. Bir anlığa düşünürsən ki, L. Zadə ideyasının üstündə qurulan iqtisadi nəzəriyyə ilə Qurani-Kərim ideyaları arasında necə uyarlıq var! Bu müqəddəs kitabda zəkat vermək, başqasının faydalılığını nəzərə almaq, iqtisadi bərabərsizliyə etinasız olmamaq vurğulanmırmı? Görəsən, bu il Davosda keçirilən dünya iqtisadiyyat forumunda mövcüd kapitalizmi tənqid edərək, yeni kreativ kapitalizmin qurulmasına, yeni iqtisadi modelin yaranmasına böyük ehtiyac olduğunu deyərkən Bill Gates Qurani-Kərimin yuxarıda göstərilən dəyərlərinə istinad etmişdimi?
 eni iqtisadi nəzəriyyə dahi L. Zadənin qeyri-səlis məntiqi əsasında qurulacaq, bunun ancaq zamana ehtiyacı var.

Allah kainatla zər oyunu oynamır, və ya həyatla vidalaşan

 Eynşteynin etirafı Zadə nəzəriyyələri, o cümlədən qeyri-səlis məntiq və onun ayrılmaz hissəsi olan imkanlar (ehtimallar yox!) nəzəriyyəsi tək makroaləmdə yox, mikroaləmdə də geniş tətbiq olunmaqdadır. “The New York Times” qəzetində amerikalı riyaziyyat və fizika alimi V. Greenein “Qeyri-müəyyənliyin 100 illiyi” məqaləsində qəribə bir məlumat verilib. Dünya şöhrətli alim A. Eynşteyn Prinston Xəstəxanasında ölümündən cəmi bir neçə gün qabaq Nobel mükafatı aldığı və kvant mexanikasının inkişafı üçün katalizator rolunu oynamış məqaləsinə yenidən nəzər salarkən, “yox, bu o deyil, elektronların hərəkət trayektoriyası ehtimallar əsasında yox, imkanlar əsasında hesablanmalıdır” demişdir. Məlumdur ki, ehtimallar nəzəriyyəsi ikili Aristotel məntiqinə, imkanlar nəzəriyyəsi L. Zadənin qeyri-səlis məntiqinə əsaslanır. A. Eynşteynın kəlama çevrilmiş “Allah kainatla zər oyunu oynamır” deyimi də mikrodünyanın da modelinin qeyri-səlis məntiqlə daha adekvat yazılmasına bir işarədir. Bu gün həm Amerika, həm də dünyanın bir çox ölkələrinin alimləri qeyri-səlis fizikanın təməl daşını qoyurlar. Bu binanın ucalması çox vaxt da aparmayacaq.
Ailəsindən danışırıq. Həyat yoldaşı Fey xanım deyir ki, Nəriman adlı bir oğulları və Stella adında bir qızları var. Həyat yoldaşı onu bütün tədbirlərində, səfərlərində müşayiət edir. Çox mehriban bir cütlükdür, sözün həqiqi mənasında həyat dostu. Lütfi Zadə haqqında bir yazı yazmaq niyyətimi deyirəm. Fey xanım mənə istifadə edə biləcəyim mənbələrdən danışır. Mənbələr isə saysız-hesabsız... Söhbəti yenidən Lütfi Zadənin dünyaya səs salan elmi yeniliklərinin üzərinə qaytarırıq. Lütfi Zadə dünya elminə 5 fundamental nəzəriyyə bəxş edib. “Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Kompyutinq nəzəriyyəsi”, “Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi” kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda bu gün bu nəzəriyyələr həyatımızın bütün sahələrində çox geniş tətbiq olunur.
İnsan kimi düşünmək qabiliyyətinə malik kompyuterlərin, yəni təcrübəyə və elmi biliklərə yiyələnmiş maşınların - süni intellektin yaradılmasında böyük alimin elmi nəticələri böyük rol oynayıb.

Sözlə işləyən kompyuterlər nəzəriyyəsi

Bu nəzəriyyə əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələrdən istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.

Təəssürat nəzəriyyəsi

 Bu nəzəriyyə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.
 . Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. “Soft Kompyutinq” nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir.

NASA və Lütfi Zadə

 Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Yaşın fərqi yoxdur

 87 yaşının olmasına baxmayaraq, yaşından çox cavan görünür. Bu barədə komplimentlərimizi məmuniyyətlə qəbul edir. Səbəbini düzgün həyat tərzi, düzgün qidalanma, idmanla bağlayır. Əlavə edirik ki, özünün nəzəriyyələrindən yəqin bir insan kimi özü də bəhrələnib. Qeyri-səlis məntiq nəzəriyyəsi onun həyata baxışı, həyat fəlsəfəsi kimi onun bu yaşa kimi sağlam, gümrah və həyat eşqi ilə dolu yaşamasının əsas səbəblərindəndir. Onun hər bir əsəri elm aləmində hadisəyə çevrilir. Amma vaxt tapıb Kaliforniyadakı Azərbaycan diasporunun tədbirlərinə də qatılmağa başlayıb. Məsələn, Kaliforniyada fəaliyyət göstərən Amerikalı Azərbaycanlılar Şurasının Berkli Universitetində təşkil etdiyi gənclərin 2-ci akademik forumunda iştirak və çıxış edib.

Təvazökar Lütfi Zadə

 Insan kimi çox sadə olan Lütfi Zadəyə baxanda yadıma bir atalar misalımız düşürdü: “Bar verən ağac başını aşağı dikər”. Sanki yaratdığı elmi nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edib, onun ümumi mənzərəsini dəyişdirmiş insan o deyil. Sanki ABŞ-ın Berkli şəhərindəki İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu - ZİFT İnstitutu onun şərəfinə yaradılmayıb, Yaponiya elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda”nın sahibi o deyil. O, bu ada qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə layiq gorülüb. Lütfi Zadə bu gün dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. O, bir çox akademiyaların fəxri akademiki, universitetlərin fəxri professorudur. Çoxlu sayda cəmiyyət və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir.
Bu gün dünyada məişət texnikasından tutmuş, qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar, domna sobaları, atom enerji blokları kimi mürəkkəb texnoloji proseslərdə, metro qatarları, avtomobillər, vertolyotlar, robotlar kimi dinamik obyektlərin idarə olunmasına dək, hər yerdə qeyri-səlis idarəetmə modeli tətbiq olunur. Yəni Lütfi Zadə nəzəriyyəsi məişətimizdən tutmuş, həyatımızın bütün sahələrinə qədər nüfuz edir. Fəxr etməyə dəyər!
 , Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Bakı Dövlət Universiteti də daxil olmaqla, bir neçə universitetin fəxri doktorudur. Söhbətarası davamçılarından da danışırıq. Azərbaycanın məşhur alimlərindən biri, akademik, ziyalı Rafiq Əliyevin adını çəkib, haqqında çox yüksək fikirlər söylədi.

 unudulmaz axşam

 aylarımızı içib qurtarsaq da saatlarla davam edən və gecəyarısına qədər uzanan söhbətimizi heç kəs tərk etmək istəmirdi. Masamıza bir nəfər xarici vətəndaş yaxınlaşır. Lütfi Zadənin əlini sıxaraq, onunla görüşməkdən şərəf duyduğunu deyir. Masaya yaxınlaşan insan alimin onu tanımadığını görüb, “siz məni tanımırsınız, amma biz sizi çox yaxşı tanıyırıq və qiymətləndiririk” deyir. Bir insan üçün bundan böyük nə xoşbəxtlik ola bilər!
Xatirə şəkilləri çəkdirdik. Ona hədiyyə edilən Azərbaycan musiqisi disklərinə çox sevindi. Musiqimizi çox sevdiyini və daim qəlbində və evində yaşatdığını dedi. Ayrılmaq vaxtıdır. Amma söhbətimizi küçədə də davam etdiririk. Gözəl bir avqust gecəsi idi. “İndi Bakıda gözəl hava var, lap buranın havası kimi, Bakı üçün yaman darıxdım”, - deyirəm. Baxıb gülümsəyir. Hamımız bir ağızdan “Bakıda görüşənədək” deyirik.

Və son...

 Mən dahi azərbaycanlı alim Lütfi Zadə ilə fəxr edirdim, onunla görüşdən sonra isə həm də qürur duydum. Məncə, siz də. İnanıram ki, bu gün informasiya texnologiyaları sahəsini özünün prioritetlərindən biri hesab edən Azərbaycan, onun elm aləmi, bütün vətəndaşları üçün böyük alimin tövsiyə və məsləhətləri çox əhəmiyyətli olardı. Elə onun Azərbaycana səfərləri də...
Azərbaycanda görüşənədək, dahi və sadə azərbaycanlı Lütfi Zadə!

Qənirə Paşayeva, Millət vəkili



Категория: Kitablar | Просмотров: 2523 | Добавил: yeni-heyat | Рейтинг: 5.0/5 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Oktyabr 2008  »
BeÇaCerCaŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz