Şenbe, 20.04.2024, 09:31
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Oktyabr » 7 » Azerbaycanin dahi alimlerinden biri olan LUTFIZADE haqqinda(1-ci hisse)
Azerbaycanin dahi alimlerinden biri olan LUTFIZADE haqqinda(1-ci hisse)
20:47

Azerbaycanin dahi alimlerinden biri olan LUTFIZADE haqqinda(1-ci hisse)

Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsinə qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız ağ və ya qara rəngdə qavrayırdı.

Lütfi Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. O, öz məntiqi və nəzəriyyəsi ilə dünya elmində də, insanın həyata fəlsəfi baxışında da çox böyük inqilab etdi... Bu nəzəriyyə insanı dünyanı daha rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləşdirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağırır.
 u, elmdə elə böyük bir inqilab idi ki, elmi yeniliklərə və inkişafa xüsusi diqqət verən ABŞ-da 20 ilə yaxın müddət ərzində elmi çevrələr bu nəzəriyyəyə soyuq və ehtiyatla yanaşdılar. Çünki L.Zadənin çoxmənalı (kəsilməz qiymətli!) məntiqi Aristotelin ikili (binar) məntiqini sözün həqiqi mənasında alt-üst edirdi. Aristotel deyirdi ki, bir müddəa ya doğru, ya da yalan ola bilər. L.Zadə isə sübut edirdi ki, hər bir müddəanın doğruluq dərəcəsi doğru ilə yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. Bu məntiqdə tolerantlıq, dözümlülük daha çoxdur, ittiham, günahlandırma daha azdır. Bu məntiqdə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var.

Mehriban və sadə insan

 əmyerlimiz O.Babazadənin və M.Səmədin çəkdiyi çox gözəl biri - film “Uzaq və yaxın Lütfi Zadə” filmini seyr etdikdən sonra onunla təkcə dahi alim kimi elmi işlərindən deyil, bir azərbaycanlı kimi də səmimi söhbət etmək istəyirdim. Onunla uzun illərdir yaşadığı və fəaliyyət göstərdiyi ABŞ-ın Kaliforniya Ştatında tanış olduq. Qarşımda bəzilərinin düşündüyü kimi soyuq və uzaq amerikalı alim L.Zadə yox, mehriban və yaxın, sadə azərbaycanlı L.Zadə dayanmışdı. Bu insanda məni ilk heyrətləndirən həddən artıq sadəlik və mehribanlıq idi. Bir neçə dəqiqə ərzində dostlaşıb çox mehribancasına söhbətə başladığımız bu insan adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilən alim, qeyri-səlis məntiqin atası hesab olunan Lütfi Zadə idi. Həddən artıq səmimi və mehriban Lütfi Zadə...
Onun uşaqlığı Azərbaycanın ən ağrılı dövrlərinə təsadüf edib. 1921-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. Azərbaycanlılar üçün ən müqəddəs şəhərlərdən biri, onun və mənim üçün çox doğma olan Ərdəbildən danışdıq, bir az da doğmalaşdıq.
Bakıdakı 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Onu görənlər və tanıyanlar, ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağını deyirmiş. Amma çox kiçik yaşlarında, daha doğrusu, 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSRİ-nin tətbiq etdiyi yeni qaydalar olub.
Bu qaydalara görə, Cənubi Azərbaycanda olan azərbaycanlılar ya sovet vətəndaşlığını qəbul etməli ya da ölkəni tərk etməli idilər... Sovetlərin həyata keçirdiyi bir çox addımlardan narazı olan ailə İrana köçür (Amma Bakıda yaxın qohumları qalır və L.Zadənin onlarla əlaqələri bu günə qədər davam edir). Və onun həyatında yeni mərhələ başlayır...

Amerika... Böyük arzu və elmi inqilablara aparan yol

Amerikanı çox sevir. Uzun illərdir fəaliyyət göstərdiyi Berklidəki Kaliforniya Universiteti onun üçün həddən artıq əzizdir. Buranı həyatının bir parçası bilir. O, hazırda Berkli Universitetinin Kompyuter elmləri kafedrasının ömürlük professoru seçilmiş yeganə şəxsdir. Fəxr etməyə dəyər!
Amerikaya gəldiyi ilk illərdən qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasına qədər keçdiyi yolu soruşuram. Xəyala dalır. Sonra masanın üstündəki milli mətbəximizin şahı olan plovdan yeməyimi məsləhət görür və əlavə edir ki, Azərbaycan mətbəxini çox sevir, bizim mətbəximiz dünyanın ən ləzzətli mətbəxlərindən biridir.
 akıdan Tehrana köçəndən sonra ailəsi onu İranda amerikalıların Abors missioner məktəbinə qoyub. Artıq Tehran Universitetində oxuduğu illərdə Amerikada elmin inkişafı üçün daha yaxşı şəraitin olduğunu öyrənir və gələcək fəaliyyətini bu ölkə ilə bağlamaq barədə düşünür. 1944-cü ildə Birləşmiş Ştatlara gələn Lütfi Zadə öz həyatını həmişəlik bu ölkə ilə bağlayır. Onu beynəlxalq aləmə tanıdan ilk işi isə qeyri-stasionar dövrələrin tezlik analizi məsələsi olur. 1952-ci ildə Ç.Raqassini ilə birlikdə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edir. Elə həmin il də diskret sistemlər üçün Z-çevirmə metodunu işləyir. Artıq 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və kibernetikanın atası hesab olunan məşhur alim Norbert Vinerin tövsiyəsilə Kaliforniyaya köçür. Berklidəki Kaliforniya Universitetində kompyuter elmləri və elektrotexnika kafedrasına başçılıq edir. 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir. Beləliklə, 1960-cı illərin ortalarında L.Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən birinə çevrilir. 1965-ci ildə qeyri-səlis çoxluqlara aid “Fuzzy Sets” elmi məqaləsini dərc etdirdikdən sonra isə onu artıq bütün dünyanın elm çevrələri tanıyırdı.

Lütfi Zadənin qeyri-səlis məntiqi və ya dünya elmində inqilab

 965-ci ildən hazırlanan nəzəriyyə Amerika elmi ictimaiyyəti tərəfindən soyuq və ehtiyatla qarşılanıb. Amma elmi inqilab və yeniliklərdən məharətlə istifadə edən yaponlar bu elmi inqilabı diqqətdən kənarda qoya bilməzdilər və qoymayıblar. 1980-ci illərdən başlayaraq, yapon alimləri bu elmi inqilabdan yararlanmağa başlayıblar. Bu nəzəriyyənin tətbiqi Yaponiyaya milyardlarla dollar qazandırıb. Bu gün də Yaponiyanın “Mitsubişi”, “Toşiba”, “Soni”, “Kanon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri Lütfi Zadənin elmə gətirdiyi nəzəriyyə və yeniliklərdən foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilər istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Hazırda Yaponiyanın “Umtaçi”, “Mitsubişi”, “Toşiba”, “Soni”, “Orison”, “Kanon”, “Riqo”, “Sanyu” kimi tanınmış şirkətləri Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib, böyük iqtisadi gəlir götürürlər. Məsələn, Yaponiyada “Panasonik” və “Kvassar” adı altında mallar istehsal edən “Mitçüsita” şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyardlarla dollar gəlir əldə etmişlər. Amerikalılar Yaponlardan bir az gec qalsalar da onlar da Lütfi Zadə nəzəriyyəsindən geniş yararlanırlar. Amerikanın dünyaca məşhur şirkətləri “General Motors”, “General Elektrik”, “Motorola”, “Düpont”, “Kodak” öz istehsalatlarında bu nəzəriyyədən geniş istifadə edirlər.

Qurani-Kərim və qeyri-səlis məntiq nəzəriyyəsi

Lütfi Zadənin ən böyük xidməti klassik riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verməsidir - qeyri-səlis çoxluqları təklif etməsidir. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı! Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Onunla bağlı oxuduğum yazılarda maraqlı bir ifadə vardı. “O, elmdə elə böyük bir inqilab etdi ki, bu nəzəriyyə yayılma sürətinə və əhatə dairəsinə görə elmdən çox dini xatırladır”. Razılaşmamaq mümkün deyil. Çünki bu gün dünyada belə bir elm sahəsi yoxdur ki, bu sahədə hər il 10-larla beynəlxalq konfranslar təşkil olunsun, 50-dən çox elmi jurnal nəşr olunsun. Bu, Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq sahəsidir! Fəxr etməyə dəyər!
Bu gün dunya iqtisadiyyatının elmi əsasında duran klassik və neoklassik iqtisadi nəzəriyyəyə əsasən, heç də rasional olmayan bir postulata, müddəaya söykənir. İqtisadi aləmdə iştirak edən bütün insanlar qərar qəbul edənlər rasionaldır. Bu, o deməkdir ki, əgər qərar qəbul edən istehsalçıdırsa, o, özünün, öz firmasının gəlirini maksimallaşdırır, əgər istehlakçıdırsa, öz faydalılığını, öz istəklərini maksimallaşdırır. Yəni, eqoistik yanaşma. Bəs başqalarının mənafeyi, başqalarının istəyi, bəs altruizm xüsusiyyətləri?
P.S -bu meqalenin ardi var 

Категория: Maraqlı | Просмотров: 14190 | Добавил: yeni-heyat | Рейтинг: 4.9/25 |
Всего комментариев: 261 2 3 »
21.04.2013
26. rihanna [Материал]
ders ucun girmidim

30.09.2012
25. esma gulya [Материал]
gfxhgjhkmjlkjjlk

30.09.2012
24. esma gulya [Материал]
ders

ucun girmiwik

30.09.2012
23. esma gulya [Материал]
ders ucun girmiwik

23.10.2011
22. tural [Материал]
elaaaa

30.09.2011
21. ruslan [Материал]
oxumaq besikden qebre qeder oxumaq.

30.09.2011
20. firuz [Материал]
salam AZERBAYCAN

29.09.2011
19. maqsud [Материал]
eger lutfi zade olnasaydi indi men serh yaza bilmezdim. cox sagol sene esq olsun 100 yasa

19.08.2011
18. cavid [Материал]
fexrimiz

22.06.2011
17. sebine [Материал]
lütfi zadə nin iki usağı vardi və onlarin adlarinan biri yəni qizinin adi stella yəni sitarə idi. Mən fəxr edirəm lutfi zadə kimi nece nece oğullarimi8z var

1-10 11-20 21-26
Форма входа
Календарь
«  Oktyabr 2008  »
BeÇaCerCaŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz