Cüme axşamı, 28.03.2024, 22:40
| RSS
Sizin Yeni Həyatınız
Главная | YENI-YEYAT.TK
Меню сайта
Разделы дневника
İslam [12]
Maraqlı [37]
Şou Biznes [15]
Musiqi [6]
Proqram [9]
Kitablar [10]
Şekiller [6]
Sevgi [26]
Idman [30]
Мини-чат
200
Наш опрос
HARADA TEHSIL ALIRSINIZ?
Всего ответов: 2356
Главная » 2008 » Sentyabr » 30 » Azərbaycanın 4 futbolçusu "Milan"ın heyətinə cəlb oluna bilər
Azərbaycanın 4 futbolçusu "Milan"ın heyətinə cəlb oluna bilər
15:56

Azərbaycanın 4 futbolçusu "Milan"ın heyətinə cəlb oluna bilər
Bakının “İnter” klubu ilə İtaliyanın “Milan” klubu arasında əldə olunmuş razılaşmaya əsasən, “Milan” Bakıda 8-14 yaşlı uşaqlar üçün birhəftəlik təlimlər keçirəcək

 Azərbaycanda böyük futbol potensialı var və biz bu potensialı üzə çıxarmaq niyyətindəyik. Bu sözləri Bakının “İnter” klubunun dəvəti ilə Azərbaycana gəlmiş İtaliyanın “Milan” klubunun baş meneceri xanım Françeska Pietra bu gün keçirilən mətbuat konfransında bildirib. Bakının “İnter” klubu ilə İtaliyanın “Milan” klubu arasında əldə olunmuş razılaşmaya əsasən, “Milan” klubu Bakıda 8-14 yaşlı uşaqlar üçün 1 həftəlik təlimlər keçirəcək. Məşqlərə 300-dən artıq yeniyetmə futbolçu qatılacaq. İtaliyadan gətiriləcək xüsusi məşqçilər yeniyetmələrlə məşqlər keçəcək. Bu treninqlər ancaq futbolçular üçün keçirilməyəcək, əldə olunmuş razılaşmaya əsasən məşqçilər üçün treninqlər də təşkil olunacaq, 50-ə qədər azərbaycanlı uşaq məşqçisi də bu işə cəlb olunacaq və 300 prespektivli yeniyetmə futbolçunun seçilməsi bilavasitə bu uşaq məşqçilərinin nəzarəti altında olacaq. Oktyabrın 24-dən sonra isə bu 300 yeniyetmə arasından 4 futbolçu seçiləcək bu gənclər “Milan”ın aşağı yaş qrupu komandasına cəlb ediləcək.
Qeyd edək ki, “Milan” klubunun baş meneceri ilə yanaşı bu klubun veteran futbolçuları, Franko Barezi və Daniele Massaronu da ölkəmizə gəlib. /ANS TV/


Категория: Idman | Просмотров: 1373 | Добавил: yeni-heyat | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Форма входа
Календарь
«  Sentyabr 2008  »
BeÇaCerCaŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
azeri-islam
Yeni-Azerbaycanimiz
Статистика

Bütün xetde olanlar: 1
Qonaqlar: 1
İstifadeçiler: 0

Copyright MyCorp © 2024

Сделать бесплатный сайт с uCoz